Dərc edilib: 10-03-2023

https://www.nuh.az/34066-.html

İçməli suyun qiyməti BAHALAŞA bilər

10.03.2023 18:11:01

LIVE

“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.

***

Etibar Məmmədov əlavə edib ki, su təchizatı ilə bağlı hələ ki, hər hansı qorxu yoxdur: “Kürün quruması yox, suyunun azalması müşahidə olunur. Bu da qlobal iqlim dəyişmələri ilə bağlıdır. 

Suyun qiymətinə gəlincə isə, bu qərarı hökumət verir. Azərbaycanda suyun tarifi digər ölkələrlə müqayisədə çox aşağıdır”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib