Dərc edilib: 10-03-2023

https://www.nuh.az/34067-.html

Energetika Nazirliyinin səlahiyyətlərindən biri İqtisadiyyat Nazirliyinə verildi

10.03.2023 18:23:05

Siyasət

Preizdent İlham Əliyev "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

NUH.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə baxılması səlahiyyəti Energetika Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib

NUH informasiya agentliyi səhifəsindən çap edilib