Dərc edilib: 10-03-2023

https://www.nuh.az/34068-.html

Zaxarova Ukrayna liderini “narkoman” adlandırıb...

10.03.2023 18:29:10

LIVE

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini təhqir edib.

Musavat.com xəbər verir ki, o, Ukrayna liderini “narkoman” adlandırıb.

Bundan başqa, Zaxarova ABŞ Kino Akademiyasına təklif edib ki, Zelenskiyə “Amerikanın qorxu serialında canavar roluna görə” Oskar mükafatı verilsin.

“Zelenski təkcə akademiya mükafatlarının təqdimetmə mərasimində çıxışı yox, həm də “Amerikanın qorxu serialında baş rol” oynadığı üçün mükafat almalıdır. O, ABŞ-ı və onun “narkotik aludəçisi canavar”ını realist şəkildə təsvir edir”, - Rusiya XİN sözçüsü bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib