Dərc edilib: 11-03-2023

https://www.nuh.az/34073-.html

GÜRCÜSTANDA NƏ BAŞ VERDİ ? ƏLİ BƏY AZƏRİ yazır

11.03.2023 12:52:05

Hadisə

GÜRCÜSTANDA NƏ BAŞ VERDİ?

Neçə gündür efirlərdə göstərilən izdihama, Parlament qarşısında DİRƏNİŞ AKSİYASIna heç kim əhatəli aydınlıq gətirmədi ki, millətin doğru-dürüst məlumatı olsun. Məlum məsələdir ki, dürüst məlumat olmayanda şaiyələr baş alıb gedir, aydınlar məntiqli fərziyyələr üzərində baş sındırmağa çalışırlar.  

Heç kimə sirr deyil ki, GÜRCÜSTAN CƏNUBİ QAFQAZIN ən azad, demokratik ölkəsidir. Bunu qəbul etməyənlər azlıq təşkil edə bilər. GÜRCÜSTAN PARLAMENTİ "XARİCİ AGENT" qanun layihəsini müzakirəyə çıxartmışdı ki, dərhal müəyyən kütləni ayağa qaldırdılar. Bir qismi səsləndirdi ki, guya Saakaşvilinin müdafiəsinə qalxıblar. Digər qismi (ABŞ kəşfiyyatına işləyən qərbyönümlülər) Rusiya agentur çətəsinin gücləndiyini bəyanladı. Ruspərəstlər isə azlıq təşkil etdiyindən ayaq altında qalıb əzilmək istəmirlər deyə hələlik susurlar.

Həmin qanun layihəsində nə yazılıb? Kütləni nəyin etirazına qaldırıblar? Azərbaycan cəmiyyəti məlumatsız qaldığı kimi etiraza qalxanların da böyük əksəriyyəti orda nələr yazıldığından xəbər tuta bilmədilər. Qanun layihəsi gündəlikdən çıxarıldı. Zurabaşvili xalqı qələbə münasibətilə təbrik etdi və etirazçılar evlərinə dağılışdılar.

Məncə, qərbin (ABŞ-ın) növbəti oyunuydu, meymunoynatma məsələsi, görək gürcüləri istədiyimiz kimi dingildədə bilirik, ya yox...

Gürcüstan Rusiyadan üz çevirib. Bu, birmənalıdır. Qərbin yalan vədlərindən də bezib. 2008-ci ildə 3 günlük planlı savaşdan sonra ayılıb ki, ABŞ-a bel bağlamaq olmaz, qonşu ölkə kimi Rusiya ilə münasibətləri normallaşdırmaq gərəkdir. Müəyyən addımlar da atılıb, çünki Gürcüstan Rusiyadan gələcək gəlirin qarşısını niyə almalıdır?

Burda daha bir incə məqamı vurğulamaq istəyirəm. Rusiyada səfərbərlik elan olunanda yayınmaq istəyənlərin üz tutduğu ölkələrdən biri də Gürcüstan oldu. Dəqiq rəqəm səsləndirilməsə də şaiyələr bunu yüz minə yaxınlaşdırdı. Rus kəşfiyyatı onları geri qaytarmaq üçün ən iyrənc vasitələrə əl atdı. Guya, həmin kütləni Rusiya özü kəşfiyyat məqsədilə, gələcəkdə Gürcüstanı asan işğal etsin deyə göndərib. Sözsüz ki, bundan qəzəblənən gürcülər onları geri qaytarmalı, sərhədləri yeni axının üzünə bağlamalıydılar. Ancaq gürcülər buna getmədilər, heç bir ölkənin kəşfiyyatının əlinə oynamadıqlarını, yəni AGENT olmadıqlarını göstərdilər.
İndi birdən-birə nə dəyişdi?

Deyirlər ki, ruslar Gürcüstandan geri qayıdırlar, hətta sərhəddə böyük sıxlıq müşahidə olunur.
Sonda günün sualı cavabsız qalır. Gürcülər agent olmaq istəmədikləri halda nədən belə bir qanunun qəbul edilməsinə qarşı çıxsınlar?

 ƏLİ BƏY AZƏRİ

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib