Türkiyədə zəlzələ altında qalan avtmobillər..Heç birinin sahibi gəlməyəcəkk
Ötən ay Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən olan Adıyamanda dağılmış evlərin və iş yerlərinin altında qalan avtomobillər evakuatorlarla çıxarılır. Dağıntılar altında qalan yüzlərlə avtomobil avtodayanacağa yığılıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, demək olar, avtomobillərin hamısı yararsız vəziyyətdədir.
Dayanacaq səlahiyyətlisi Burak Akat dayanacaqlarda xüsusilə yanğın riskinə qarşı təhlükəsizlik tədbirləri gördüklərini deyib: “Zəlzələdən sağ çıxanlar maşınlarının vəziyyətini görüb kədərlənirlər. Bəziləri sığortalı olduğu üçün şanslıdır. Bəzilərinin sığortası yoxdur. Bəziləri gəlib şəxsi əşyalarını maşından götürür. Bəzi maşınlar xarab olur, bəziləri isə yararsız hala düşüb. Təmir oluna bilmir..."











