Dərc edilib: 13-03-2023

https://www.nuh.az/34095-.html

İcra başçısının köməkçisi niyə özünü ASIB..? FOTO

13.03.2023 13:55:55

LIVE

Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehtiyevin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəzifəli şəxs martın 11-dən 12-nə keçən gecə həyatına qəsd edib. Saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki binalardan birinin girişində 1983-cü il təvəllüdlü Rauf Mehtiyevin asılı vəziyyətdə qalmış meyiti tapılıb və dərhal onun həmin binada yaşayan ailəsinə bu barədə məlumat verilib.

O da məlum olub ki, R.Mehtiyev martın 11-də Nizami Rayon İcra Hakimiyyətində işdə olub. Şənbə günü olduğundan, yəni qısa iş günü ilə əlaqədar o, saat 13 radələrində iş yoldaşları ilə İcra Hakimiyyətinin qarşısında bir qədər söhbətləşdikdən sonra iş yerini tərk edib.

Həmçinin bildirilib ki, R.Mehtiyev işlədiyi dövrdə özünü bacarıqlı və perspektivli kadr kimi göstərib. 2022-ci ildə Nizami Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunarkən onun sabiq başçının köməkçisi olmasına baxmayaraq vəzifədə saxlanılıb və icra başçısının köməkçisi kimi işini davam etdirib.

Rauf Mehtiyevin atası Məhi Mehdiyev isə Qarabağ müharibəsi Veteranları, Qaziləri və Şəhid Ailələri ictimai birliyinin Nizami rayon şöbəsinin sədridir. M. Mehdiyev "Unikal"a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib: "Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı".

İntihar hadisəsi ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib