Dərc edilib: 13-03-2023

https://www.nuh.az/34096-.html

Həkim diplomu alıb, amma harada oxuduğu bəlli olmayanlar var- Nazir

13.03.2023 14:05:54

İqtisadiyyat

“Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ədalətli yanaşma diplom ala bilməyənə diplom verməməkdir: “Baloniya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada, necə oxuduğu bəlli olmayan şəxslər var”.

Nazir vurğulayıb ki, pedoqoji diplom almış məzun müəllimlər işə qəbul imtahanında minimal balı yığmır: “Biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verməməliyik. Sonra vətəndaş daim narazı qalır ki, onda mənə bir iş də ver və s. Bir yerdə artıq ona "yox" demək lazımdır”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib