Dərc edilib: 14-03-2023

https://www.nuh.az/34097-.html

Bu gün İlaxır çərşənbədir

14.03.2023 08:32:39

Hadisə

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir.

“Qafqazinfo”nun xəbərinə görə, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.

İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib