Dərc edilib: 16-03-2023

https://www.nuh.az/34119-.html

Qulağını və cinsiyyət orqanını kəsib ağzına qoydu, sonra...-Ağstafada

16.03.2023 22:36:42

LIVE

Ağstafa rayonunda həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən Alik Muradovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib. Aralarında yaranan şəxsi münasibətlər zəmnində Alik Muradov həkmkəndlisi İlqar Sərkərnamazovu bıçaqla qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Alik Muradov saxlanılıb.

İş üzrə təqsirlənsirilən şəxs qismində dindirilən Alik Muradov ifafəsində bildirib ki, mərhum İlqar Sərkərnamazovla uzaq qohum olublar və bir-biriləri ilə munasibətləri yaxşı olub. Evləri qonşuluqda olduğundan tez-tez görüşüb kafedə çay içib, söhbət edib, bəzən isə yeyib-içiblər. İlqarın xahişi ilə həyətlərində müəyyən işlərin görülməsində ona dəfələrlə köməklik edib. 
Əvvəllər heç bir yerdə işləməsə də, son vaxtlar bacısının əri Elçinin yanında bazarda geyim əşyaları satıb. 

May ayının 16-da növbəti dəfə görüşərkən İlqar sabah onlara gəlib ayaq yolunun yerini dəyişmək üçün kömək etməyi xahiş edib. O isə öz növbəsində ona söz verib. Lakin səhərisi gün yağış yağdığından, həm də televizora baxmağa başı qarışdığından İlqargilə getməyib. 

Mayın 18-də saat 17:00 radələrində atasının işlətdiyi yeməkxanadan evlərinə qayıdanda digər bacısının nişanlısı Şahinin onlarda olduğunu görüb. Onunla əyləşib bir az söhbət edəndən sonra bacısı Nərmini də götürüb xalasıgilə gediblər. Orada təşkil olunan məclisdə 2 şüşə araq içiblər. 

Axşam saat 9-da xalasıgildən çıxıb kafeyə yollanıblar. Həmin kafedə İlqar Sərkərnamazovun Kamran və Bəxtiyar adlı həmkəndliləri ilə bir masada oturduqlarını görüb. İlqarla yaxın münasibətləri olduğundan o da həmin stola yaxınlaşıb əyləşib. 

Söhbət zaman sərxoş vəziyyətdə olan İlqar günorta xeyli içdiyini lakin yenə də içmək istədiyini deyib. Bu səbəbdən mağazadan 2 şüşə araq alıb yenə də kafeyə qayıdıblar və saat 11-ə kimi orada olublar. 

Alik Muradov ifadəsinin davamında bildirib ki, qonşuluqda yaşadıqları üçün birlikdə piyada evə gedərkən İlqar sərxoş vəziyyətdə onun atasının və bacısının ünvanına söyüşlər söyüb. Onun həddən artıq sərxoşluğunu nəzərə alan Muradov onunla ertəsi gün söhbət etməyi planlaşdırıb. Amma İlqar söyüşlərini davam etdiyinə görə Alik əsəbiləşib və onun valideynlərini söyüb. 
Aralarındakı münaqişəyə son qoymaq üçün boş torpaq sahəsi olan əraziyə çəkiliblər. Bacısının ünvanına ağır təhqiredici sözlər dediyindən o, İlqarın sifətindən ardıcıl zərbələr vurub. Gücü çatmadığına görə İlqar əl atıb, şalvarının belindən bıçağı çıxarıb onun üstünə cumub. Muradov isə İlqarın sərxoşluğundan istifadə edib, tez onun əlini burmaqla bıçağı yerə salıb və cəld hərəkətlə yerdən götürüb. İlqarın qarın nahiyyəsinə zərbələr yetirdikdən sonra o, söyüş söyən Namazovun qulağını və cinsiyyət orqanını kəsib. 

Hər ikisini sonuncunun ağzına qoyan Alik bıçağı meyitin yanına tullayıb və evə gəlib. 

Ailə üzvləri əvvəlcə onun adam öldürdüyünə inanmayıblar. Lakin işığı yandırıb onun əynindəki paltarda qan ləkələri gördükdə onun sözlərinə inanıblar. 

Səhər saatlarında atası ilə polis şöbəsinə gələrək törətdiyi cinayəti etiraf edib. O, polis əməkdaşlarına hadisənin səbəblərini və meyitin harda olduğunu bildirib. 

Məhkəmə prosesində Alik Muradov ona elan olunmuş ittiha üzrə özünü qismən təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə Alik Muradov 14 il müddətinə azadlıqdan məhrum olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib