Dərc edilib: 16-03-2023

https://www.nuh.az/34123-.html

Mənim 500 min manatım hara geetdi...?

16.03.2023 13:48:23

LIVE

Filosof-müəllim-biznesmen-nəqliyyatçı-idmançı Gündüz..

 

Gündüz Əliyevin vəziyyəti Məşədi İbadın hambalının durumu kimidir...

 

Mənim  500 min manatım hara geetdi...?

 

Bu gün  xəbər saytlarında  Sumqayıt  Şəhər İcra Hakimiyyəti  başçısının müavini Gündüz Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbərini oxuyanda yadıma Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”  tamaşası düşdü.

Daha doğrusu, Hambalın oxuduğu  “Məşədi, mənim bir abbasım hara getdi...”

Deyirlər, müavin vəzifəsindən çıxan Gündüz Əliyev də “Mənim 500 min manatım hara getdi...”  oxuyurmuş.

Həə, deyilənə  görə, müavin olmaq  üçün Gündüz müəllim 500 min manatından keçibmiş...

Kimlərsə  düşünə bilər ki, fiolosof hara, 500 min manat hara..?

Siz bilmirsiniz,  Gündüz müəllim Sumqayıt Universitetində təkcə fəlsəfədən dərs keçmir...

Bu adam Sumqayıt şəhərində idman zalı işlədir. Amma Gündüz müəllimin idman zalı da özü kimi universaldır. Gündüzlər idman zalı olan obyekt gecələr təyinatını dəyişir, burda quş uçurdurlar, səhərə yaxın quşlar zalı tərk edir və yenidən idman məşqləri başlayır. Və Gündüz müəllim bu zalda nə qədər quşun qanadlarını yolub pullarını mənimsəyib...

Bu filosof-müəllim  hər şeydən pul qazanmağı bacarır,  özünün mebel sexi var, əla  mebel düzəldir, satır, pul qazanır...

Yəni Gündüz müəllim, təkcə “gecə quşları”ndan pul qazanmır.

Deyirlər, bir gecə “xəfiyyə işçiləri”   qəflətən Gündüz  müəllimin idman zalına, daha doğrusu, quşxanasına qonaq gəliblər  və...qorxudan Gündüz müəllimin dili tutulub...

Səhər universitetdə tələbələrə dərs keçəndə dili topuq vurur, kəkələyirmiş....

Tələbələr  soruşanda ki, Gündüz müəllim, dilinizə nə olub...filosof  deyib ki, gecə  quşlar  dişləyib  dilimi...

 Bu hələ harasıdır..?

Gündüz  müəllim həm də nəqliyyatçıdır, avtobusları var...

Uzun müddət  Sumqayıtda nəqliyyatın hesabına külli miqdarda pul qazanıb. Hətta bir XANIM-a görə....

Bir sözlə,  Gündüz müəllim hərşeyşünasdır.

İndi bildinizmi, Gündüz müəllim 500 min manatı haradan alıbmış...

Sözün qısası, 500 min manat verib  müavin olan Gündüz müəllimin vəziyyəti Məşədi İbadın Hambalını yada salır.

Amma deyirlər  Gündüz müəllim deyirmiş ki, 500 min manatımı geri alacam və  o pulu verib bu dəfə Sumqayıt Dövlət Universitetinin rektoru olacam...

Ayy filosof, sənin yerin idman zalıdır, get orada gündüzlər daş qaldır, gecələr quş uçurt, səndən rektor olmaz...

Hərdən Sumqayıt Səhiyyə şöbəsinə də baş çək, özünü həkimə göstər...

NUH informasiya agentliyi səhifəsindən çap edilib