Dərc edilib: 17-03-2023

https://www.nuh.az/34124-.html

Vüqar Qurbanovdan yeni direktor təyinatları

17.03.2023 14:50:40

LIVE

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə qurumun tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub. 

TƏBİB-dən Qaynarinfo-ya verilən məlumata görə, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunub.
Rəsmi məlumata görə, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib