Dərc edilib: 17-03-2023

https://www.nuh.az/34126-.html

Prezident icra başçısını vəzifəsindən azad etdi

17.03.2023 18:04:30

Siyasət

Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Xatırladaq ki, E. Məmmədov dövlət başçısının 22 aprel 2013-cü il tarixli sərəncamı ilə Ordubad RİH-nin başçısı təyin olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib