Dərc edilib: 17-03-2023

https://www.nuh.az/34127-.html

Bakcell rəqəmsal yenilikləri elan etdi! - Foto

17.03.2023 18:11:21

LIVE

Bakcell şirkəti özünün yeni internet səhifəsini və mobil tətbiqini təqdim edib.

NUH.az   xəbər verir ki, bu yeniliklər cəmi bir toxunuşla eSİM nömrə əldə etmək, onlayn çata qoşulmaq, ödəniş etmək, tarif və xidmətlərdən istifadə imkanı verir.

Abunəçilər iOS və Android platformasında yeni Bakcell tətbiqini yükləməklə ən üstün müştəri təcrübəsindən faydalana bilərlər. Tətbiqdəki üztanıma texnologiyası sayəsində eSIM nömrə almaq və ya mövcud Bakcell nömrəsinin eSIM dublikatını çıxarmaq mümkündür.

“Bakcell”in təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq Bakcell saytı vasitəsilə nömrə ala, özlərinə uyğun tarif və digər xidmətləri seçə bilərlər. Yeni rəqəmsal təcrübə ilə www.bakcell.com internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib