Dərc edilib: 19-03-2023

https://www.nuh.az/34148-.html

Erməni eşşəyi Boqdasarov -Fürsət düşüb əlimizə, İstanbulu alaq VİDEO

19.03.2023 14:36:03

LIVE

Erməniəsilli rusiyalı politoloq, tarixçi, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin problemləri üzrə ekspert, keçmiş Dövlət Dumasıın deputatı Semyon Baqdasarov zəlzələ nəticəsində çoxlu sayda qurbanlar və dağıntılar yaşayan Türkiyənin acınacaqlı vəziyyətindən Kremli istifadə etməyə çağırıb. Bağdasarovun təcavüzü əsaslandırması Ukraynadakı əsasla eynilik təşkil edir: guya Türkiyə ərazilərinin Rusiyaya tarixi mənsubluğu.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Solovyov live” kanalında çıxış edib.
 
"Türkiyə indi çətin vəziyyətdədir. Gəlin yararlanaq! Gəlin onu Orta Asiyadan qovaq, Ukraynadakı təsirini parçalayaq, Cənubi Qafqazdan qovaq, Türkiyədə müəyyən qüvvələr toplayaq və tarixən bizə məxsus olanı – Konstantinopolu (İstanbul nəzərdə tutulur – red.) dövlətimizə qaytaraq. Müqəddəs Sofiya kilsəsinin üstündə xaç qaldıraq... məgər kifayət deyil? Geri alaq! Rusiyanın cənubunu özlərininki hesab edirlər! (...) Bəs biz niyə hesab etmirik ki, bunlar heç vaxt onlarınki olmayıb? Türkiyəlilərlə türk xalqları eyni  deyil! Güzgüyə baxsınlar! (...) Gəlin yararlanaq! Böhrandır. Allaha şükür, böhrandır! Böhranın sonu fəlakət və ərazilərimizin qeri qaytarılması olmalıdır.”, - Baqdasarov bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib