Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Novruz bayramı qeyd edilir.
“Qafqazinfo”nun məlumatına görə, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.