Dərc edilib: 20-03-2023

https://www.nuh.az/34161-.html

Afrikada qızıl mədəninə basqın- Çinli işçilər öldürüldü

20.03.2023 10:38:17

LIVE

Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı basqın edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Çinin idarə etdiyi mədəndə olan 9 Çin vətəndaşının basqın zamanı həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib.

Mədənin yerləşdiyi Çimbolo yaxınlığındakı Bambari şəhərinin meri Abel Matipata hücumun yerli vaxtla saat 05:00 radələrində həyata keçirildiyini və mədənin bir neçə gün əvvəl işə düşdüyünü bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib