Həbsdə ölən icra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü - Foto
Bu gün Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində dünyasını dəyişib.
C.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Fotoda Nizaməddin Quliyev

