Dillər Universitetinində tələbə qız dekan müavini oldu
Azərbaycan Dillər Universitetinində tələbə dekan müavini təyin olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan universitetləri səhifəsi məlumat yayıb.
Məlumata görə, ADU-nun rektoru Kamal Abdullanın əmri ilə, Təhsil-2 fakültəsinin III kurs tələbəsi Jalə Eyvazova oxuduğu fakültənin ictimai əsaslarla dekan müavini təyin olunub.