Dərc edilib: 20-03-2023

https://www.nuh.az/34170-.html

Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini keçdi

20.03.2023 18:47:42

LIVE

Fevralın 6-da Türkiyədə baş vermiş ardıcıl güclü zəlzələlər nəticəsində ölənlərin sayı 50 mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer bildirib. O, ölənlərin sayının 50 096 nəfərə çatdığını açıqlayıb. Qeyd edək ki, zəlzələ nəticəsində qonşu Suriyada da güclü dağıntı və böyük tələfat qeydə alınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib