Dərc edilib: 21-03-2023

https://www.nuh.az/34179-.html

Bakının bu hissəsində 1 sot torpaq 1 MİLYON AZN-ə satılır

21.03.2023 14:08:55

LIVE

“Bakı şəhərinin bu gün mərkəz hissələrində elə ərazilər var ki, orada torpağın 1 sotunun dəyəri artıq 1 milyon AZN-dən çoxdur. Hətta kvadratmetri 20-25-30 minə olan torpaq sahələrinə də rast gəlmək olar”.

Bu sözləri "Xəzər TV"yə açıqlamasında Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, paytaxda ən ucuz torpaq sahələri ətraf qəsəbə və kəndlərdədir.

Abşeron rayonunun kənd və qəsəbələri, o cümlədən də paytaxt qəsəbələrində torpağın bir sotunun minumum qiyməti 1500-5000 manata qədər dəyişir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib