Dərc edilib: 22-03-2023

https://www.nuh.az/34195-.html

Oqtay Əliyev qəzada öldü

22.03.2023 22:06:29

LIVE

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, mərhumun qəzadan bir müddət öncə ürəyindən əməliyyat olunmasına ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Lakin O.Əliyevin yaxınları məlumatı təsdiq etməyiblər.

Hazırda onun nəşi Patoloji Anatomiya Birliyinə gətirilib.

Qeyd edək ki, mərhumun həyat yoldaşı Dilarə Əliyeva ilkin ifadəsində Oqtay Əliyevin sükan arxasında özünü pis hiss etdiyi bildirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib