Dərc edilib: 23-03-2023

https://www.nuh.az/34201-.html

Nazir Vətən müharibəsi iştirakçısına vəzifə verdi (FOTO)

23.03.2023 18:14:39

LIVE

 

Vətən müharibəsi iştirakçısı, manqa komandiri olan müəllim direktor təyin olunub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə,Vətən müharibəsi iştirakçısı Nicat İqbal oğlu Babazadə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Elm və Təhsil nazirinin müvafiq əmri ilə Yardımlı rayonu Kürəkçi kənd R.C.Əliyev adına tam orta məktəbinin direktor vəzifəsinə təyinat alıb.
Yardımlı rayonu R.C.Əliyev adına Kürəkçi kənd tam orta məktəbin coğrafiya müəllimi olan Nicat İqbal oğlu Babazadə Füzuli və Xocavənd rayonlarının düşməndən azad olunması zamanı manqa komandiri kimi ona verilən tapşırıqları layiqincə yerinə yetirib.
Babazadə Nicat İqbal oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətdə fərqlənməyə görə”, "Vətən müharibəsi iştirakçısı” medalları və "Azərbaycan Respublikası müharibə veteranı” vəsiqəsi ilə təltif olunub.
 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib