Dərc edilib: 24-03-2023

https://www.nuh.az/34207-.html

Mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu "Cümhur" ittifaqına qoşuldu

24.03.2023 18:08:02

LIVE

Prezidentliyə namizəd olmaq üçün 100 min imza toplayan Fatih Ərbakanın rəhbərlik etdiyi Rifah Partiyası martın 20-də verdiyi qərarı dörd gün ərzində dəyişib və "Cümhur" ittifaqına qoşulduğunu aşıqlayıb

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, 4 gün əvvəl “Milli Görüş xəttindən güzəştə getmədən” yollarına davam etdiklərini bildirən Ərbakan bu gün deyib: “Partiyamız bu yürüşdə qısa zamanda çox böyük yol qət etdi”.

Partiyasının mayın 14-də keçiriləcək seçkilərə “çox ciddi və həlledici qüvvə” kimi daxil olduğunu bildirən Ərbakan Milli Gorusun “əsl istiqamətinə uyğun” təmsil olunduğunu qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib