Dərc edilib: 24-03-2023

https://www.nuh.az/34208-.html

Aprel şəhidi Pəncəli Teymurovun doğum günüdür

24.03.2023 22:06:51

Cəmiyyət

Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür.

Şəhid gizirimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.

Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstəmizin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

moderator.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib