83 yaşlı kor şəxsin gözləri açıldı - Dünyada ilk
Dünyada ilk dəfə tətbiq edilən əməliyyatla İtaliyada 83 yaşlı kor şəxsin görmə qabiliyyəti bərpa olunub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı bütün göz səthi (buynuz qişa, skleranın bir hissəsi və konyunktiva) bir gözdən digərinə köçürülüb.
“Əməliyyatdan iki həftə sonra xəstənin görmə qabiliyyəti bərpa edildi və köməksiz hərəkət edə bilir. Son dərəcə həyəcanlıyıq və sağ gözdə qalıcı müvəffəqiyyət gözləyirik. Çünki bu göz xəstənin gözündə toxumalar yenidən bərpa edilib”, - məlumatda qeyd edilib.
30 il əvvəl sol gözü tutulan, son 10 ildə isə sağ gözündə görmə qabiliyyətini itirən, adı açıqlanmayan xəstə “Barmaqlarımı və əllərimi görmək yenidən doğulmaq kimi idi”, - deyib.