Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - Fotolar
Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NUH.az Oxu.Az-a istinadən xəbər verir ki, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.
Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.



