Azərbaycanlı milyarder Putini tənqid etdi
Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı üzə çıxıb.
NUH.az Globalinfo.az-a istinadla xəbər verir ki, telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər.
Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib:
Həmsöhbətlər həmçinin Moskvanın Ukraynadakı işğalçılıq fəaliyyətindən də narazılığını ifadə ediblər. Belə ki, hər iki şəxs Putinin ətrafının yalan məlumatlar verərək, onu bəlanın içərisinə itələdiyini deyiblər.
Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını “qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtaracağını bilmədiyini qeyd edib.