Dərc edilib: 26-03-2023

https://www.nuh.az/34226-.html

Ürək 48 saat öncə XƏBƏR göndərir - ÖLÜM

26.03.2023 17:56:50

LIVE

"Ürək tutması zamanı ürəkbulanması, qusma, qarnın yuxarı hissəsində ağrılar müşahidə edilə bilər, bunlar da mədə-bağırsaq infeksiyası və ya zəhərlənmə əlamətlərinə bənzəyir..."
Ürək tutmasının beş əlaməti açıqlanıb
 
Bəzi hallarda ürək tutması heç bir əlamət olmadan qəflətən baş verə bilər. Lakin ürək tutmasından 24-48 saat öncə spesifik əlamətlər meydana çıxa bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "greenpost" nəşri məlumat verib.
 
Əsas əlamətlərdən biri sinədə ağrıdır. Ürək tutması döş qəfəsində ağrılar törədə bilər və onlar bədənin başqa hissələrinə-əllərə, qarnın yuxarı hissəsinə, kürəyə, boyuna, çənəyə və ya kürək sümüklərinə yayıla bilər.
 
Əgər sinədəki ağrı fiziki yüklənmə və ya sakit halda güclənən təngnəfəsliklə müşahidə ediirsə, bu, narahatlıq doğurmalı və tibbi yardım üçün müraciətə səbəb ola bilər.
 
Sinədə ağrı qeyri-stabil stenokardiya ilə bağlı ola bilər və istənilən məqamda ürək tutmasına gətirib çıxara bilər. Əgər ağrı beş dəqiqədən çox davam edirsə, dərhal tibbi yardım üçün müraciət edilməlidir.
 
Daha bir əlamət sinədə təzyiq hissidir. Ürək tutmasına məruz qalan bir çoxları sinədə güclü təzyiq və ya sıxılma hissi keçirir, sanki onların üzərində ağır yük var.
 
Ağrılardan başqa, ürək tutması keçirən adam həmçinin sinəsində göynəmə hissi keçirə bilər.
 
Ürək tutması zamanı tez-tez güclü həyəcan, təlaş və soyuq tər meydana çıxır. Dəri avazıya bilər.
 
Nəhayət, ürək tutması xüsusilə qadınlarda qeyri-spesifik əlamətlər törədə bilər. Onlarda ürəkbulanması, qusma , qarnın yuxarı hissəsində ağrı baş verə bilər.
 
Bunlar da mədə-bağırdaq infeksiyası və ya zəhərlənmə əlamətlərinə bənzəyir. Əgər belə əlamətlər baş verərsə, təcili olaraq tibbi yardım üçün müraciət etmək lazımdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib