Dərc edilib: 27-03-2023

https://www.nuh.az/34231-.html

Mədət Quliyevə yeni müavin təyin olundu

27.03.2023 13:50:32

LIVE

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

Qeyd edək ki, 37 yaşlı V.Musatafeyev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb.

2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

V.Mustafayev bu təyinatadək “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib