Dərc edilib: 27-03-2023

https://www.nuh.az/34235-.html

Baş həkim işdən çıxarıldı

27.03.2023 18:30:00

 

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi Bəhlul Məmmədov martın 27-dən tutduğu vəzifədən azad edilib.
Bu barədə Qaynarinfo-ya Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib.
Hazırda 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib