Dərc edilib: 28-03-2023

https://www.nuh.az/34240-.html

Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi

28.03.2023 13:15:38

Siyasət

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib