Dərc edilib: 28-03-2023

https://www.nuh.az/34241-.html

Pakistanlı Şotlandiyanın Baş naziri oldu

28.03.2023 15:12:07

LIVE

Şotlandiyanın keçmiş səhiyyə naziri, pakistanlı siyasətçi Həmzə Yusif ölkənin hakim Şotlandiya Milli Partiyasının yeni lideri seçilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, bununla da, Şotlandiya hökumətinə rəhbərlik edəcək.

Məlumata görə, partiya üzvləri arasında keçirilən səsvermədən sonra Yusif ikinci turda səslərin 52,1%-ni toplayıb. O, 26 mindən çox partiya üzvünün dəstəyini alıb.

Həmzə Yusif Baş nazir vəzifəsində Nikola Sterceni əvəz edəcək. Stercen fevral ayında istefa verdiyini açıqlayıb. O, 2014-cü ildən Şotlandiya hökumətinə başçılıq edib.

Qeyd edək ki, pakistanlı müsəlman siyasətçi H.Yusif 1985-ci ildə Qlazqoda anadan olub. Onun atası Birləşmiş Krallığa Pakistandan, anası isə Keniyadan gəlib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib