Dərc edilib: 29-03-2023

https://www.nuh.az/34246-.html

Türkiyədə zəlzələyə görə, 325 NƏFƏR HƏBS olunub

29.03.2023 11:34:47

LIVE

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində dağılan yaşayış evlərinə görə 325 nəfər həbs olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Bekir Bozdağ bildirib.

Nazir, həmçinin qeyd edib ki, 1552 nəfər barəsində istintaq hərəkətlərinə başlanılıb.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərində yerləşən 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. Nəticədə Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraşda dağıntılar qeydə alınıb, 50 mindən çox insan həyatını itirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib