Dərc edilib: 29-03-2023

https://www.nuh.az/34249-.html

Deputat öldü

29.03.2023 15:47:23

LIVE

Sabiq deputat Ərəstun Cavadov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Cavadov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ərəstun Cavadov 87 saylı Ağsu-İsmayıllı dairəsindən Milli Məclisin III və IV çağırış deputatı olub.

O həmçinin uzun müddət Bakıda fəaliyyət göstərən Mərkəzi Univermağın rəhbəri olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib