Dərc edilib: 02-04-2023

https://www.nuh.az/34268-.html

Suriyadan Misirə 14 il sonra ilk rəsmi səfər

02.04.2023 16:08:26

Günün sitatı

Suriyadan Misirə 14 il sonra ilk rəsmi səfər

Suriyanın xarici işlər naziri Faysal Mikdad rəsmi səfər çərçivəsində Misirə yollanıb.
Qayanrinfo "Hürriyet"ə istinadən xəgər verir ki, suriyalı nazir misirli həmkarı Sameh Şukri ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Suriyadan Misirə sonuncu rəsmi səfəri 2009-cu ildə keçmiş xarici işlər naziri Valid Muallim gerçəkləşdirmişdi.
Digər tərəfdən, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana Misirdən Dəməşqə Xarici İşlər Nazirliyi səviyyəsində ilk rəsmi səfər bu ilin fevralın 27-də edilib. Misirin xarici işlər naziri Sameh Şukri Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Suriyaya səfər edib, həmkarı faysal Mikdad və Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib