Dərc edilib: 04-04-2023

https://www.nuh.az/34276-.html

Bu gün İnam Kərimovun hakim təyin olunmasına baxılacaq

04.04.2023 11:50:23

Cəmiyyət

Milli Məclisin iclası başladı Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.
 
Qaynarinfo xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxil edilib.
 
 Həmin məsələlər aşağıdakılardır:
1. Milli Məclisin Bəyanatı.
2. "Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
3. İ.İ.Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
4. "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə qanununun layihəsi.
5. "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə qanun layihəsi.
6. "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
7. "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
8. "Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi.
9. "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi.
10. "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.
11. "Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
12. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
13. "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunun ləğv edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
14. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
15. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).
16. "Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
17. "Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
18. "Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
19. "Dövlət qulluğu haqqında” və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
20. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

NUH informasiya agentliyi səhifəsindən çap edilib