Dərc edilib: 04-04-2023

https://www.nuh.az/34278-.html

Sevil Hacıyevanın saxta vəkillik fəaliyyəti ilə bağlı Prezidentə müraciət

04.04.2023 20:26:51

LIVE

Xaçmaz  Rayon Məhkəməsinin  sədri  Xıdır Quliyev  Vəkillər Kollegiyasının  Sevil  Hacıyeva  ilə  bağlı  rəsmi  sorğusuna  niyə cavab vermir..?

 

Redaksiyamıza  daxil olan  məhkəmə qətnaməsinin  mövzu üçün  vacib olan hissəsini dərc edirik: 

Azərbaycan Respublikası adından Q Ə T N A M Ə

Bakı şəhəri İş № 2(004)-620/2021 15.03.2021-ci il BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ

Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı Məmmədova Pərvanə Rövşən qızının, ilkin iddia üzrə iddiaçının vəkili Mustafayev Azər İsmail oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Rizvan Vahid oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Tural Vahid oğlunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Rizvan Vahid oğlunun vəkili Hacıyeva Sevil Balasoltan qızının iştirakı ilə........

Tarixə fikir verdinizmi ? 15.03. 2021   və  vəkil Hacıyeva Sevil  Balasoltan qızı  

İndi isə  Vəkillər Kollegiyasının Sevil Hacıyeva barəsində məhkəmə və istintaq orqanlarına müraciətinə nəzər salaq:

Bir neçə il əvvəl  Vəkillər Kollegiyasının 4 saylı Hüquq Mələhətxanasında çalışan Sevil Balasoltan qızı Hacıyevanın qanunsuz əməlləri, xeyli sayda vətəndaşa külli miqdarda pul atmas barədə ölkə mediasında kifayət qədər yazılıb.

Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar  Balasoltan oğlu Daşdəmirov isə  NUH.az   saytına  müraciət edərək  bildirib ki, dogma bacısı Sevil Hacıyeva və qızları onun ailəsini hədələyir, təhdid edir, hətta həyat yoldaşı Aybəniz Daşdəmirovanı döyərək ona  xəsarət yetiriblər.

Yaşar Daşdəmirov bu barədə hüquq-mühafizə orqanlarına 2021-ci ilin avqust ayında  müraciət edib.

Yaşar  Daşdəmirovun  şikayəti  əsasında  Sevil Hacıyevaya  qarşı  cinayət işi açılıb və  iş  Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq  Cabbar Cabbarov  tərəfindən araşdırılır.  

Yaşar Daşdəmirov haqlı  olaraq  soruşur ki, nə üçün istintaq 1 ildən çoxdur davam edir..?

Məlumdur ki, Sevil Hacıyeva qanunsuz əməllərinin nəticəsi olaraq Vəkillər Kollegiyasından, vəkillik fəaliyyətindən uzaqlaşdırıldı.

Ancaq  redaksiyamıza daxil olan məlumata görə, Sevil Hacıyeva qanunsuz olaraq saxta orderlərlə yenə də vəkillik edir.

Vəkillər Kollegiyasının sədr müavini  Aydın Axundovun imzası  ilə, Azərbaycan Vəkillər Kollegiyası  Rəyasət Heyətinin  Məhkəmə və  istintaq  orqanlarına  ünvanlanmış 11.10.2022-ci il tarixli , 1443 saylı  müraciətində deyilir:

“Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06.11.2020-ci il tarixli  iclasında Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Hacıyeva Sevil Balasoltan qızının vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəmədə qaldırılmış iddia təmin edilmişdir.

Göstərilənlərə əsasən vəkillik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan Sevil Hacıyeva tərəfindən qurumunuza 06.11.2020-ci il tarixdən sonra vəkil kimi təqdim edilən order aşkar olunarsa, bu barədə bizə məlumat ( müvafiq sənədlərin surətləri əlavə olunmaqla ) verməyinizi xahiş edirik. ( əlaqələndirici şəxs Seymur Səfərov . tel 055-999-23-66, faks 012-596-32-71 )

Vəkillər Kollegiyasının sədr müavini   Aydın Axundov.

İndi gördünüzmü, Vəkillər Kollegiyasının vəkillik fəaliyyətini dayandırdığı, Məhkəmənin qərarı ilə  Vəkillər Kollegiyasından uzaqlaşdırılan  Sevil Hacıyeva qanunsuz olaraq saxta orderlər məhkəmələrdə vəkillik edir. 

Yazının girirşindəki  Yasamal Rayon Məhkəməsinin  15.03.2021-ci il tarixli qətnaməsində  açıq qeyd olunub ki...VƏKİL  SEVİL HACIYEVA.  

Bəs görəsən Yasamal məhkəməsi nə üçün bu qanunsuzluğa yol verir..? 

Əslində ortada  cinayət əməli var. Sevil Hacıyeva  qanunsuz olaraq saxta  sənədlə vəkillik edir. 

Məsələ təkcə  Yasamal Rayon Məhkəməsi ilə bitmir. 

NUH.az-a daxil olan məlumata görə, Sevil Hacıyeva həm də qanunsuz  olaraq  vəkil kimi  Xaçmaz Rayon Məhkəməsində  məhkəmə proseslərində  iştirak edib. 

Və  bu hal bir dəfə  deyil, dəfələrlə baş   verib. 

Qeyd edək ki,  Xıdır İnqilab oğlu Quliyev Prezident İlham Əliyev tərəfindən 2022-ci ildə   Xaçmaz Rayon Məhkəməsinin sədri təyin olunub. 

Xıdır müəllimdən soruşan yoxdur ki, saxta vəkillə necə məhkəmə qətnaməsi qəbul edirsiniz..? Cənab Xıdır Quliyev, Prezidentin  etimadını belə doğruldursunuz..? 

NUH.az-a  daxil olan məlumata görə,  Vəkillər Kollegiyası Sevil Hacıyevanın qanunsuz  fəaliyyəti ilə bağlı  Xaçmaz Rayon Məhkəməsinin sədri  Xıdır Quliyevə  təkrar-təkrar  rəsmi SORĞU göndərsə də cavab ala bilmir. 

Biz  bu məsəsləni gündəmdə  saxlayıb qarşı tərəflərin fikirlərini dərc edəcəyik. 

Sözün qısası, görəsən  dövlət qurumları, məhkəmə-hüquq   sistemi, Ədliyyə Nazirliyi, rayon məhkəmələri, Prezident  Administrasiyasının Hüquq Mühafizə Orqanları şöbəsi  bu qanunsuz əməllərə niyə susurlar. 

Sonda bir media  qururmu olaraq cənab Prezident İlham Əliyevdə müraciət edirik:

Möhtərəm Prezident !

Dəfələrlə məhkəmələrin ədalət sarayı olduğunu qeyd etmisiniz   və  əlavə etmisiniz ki,  məhkəmə-hüquq   sistemində  ciddi islahatlara  ehtiyac var. 

Cənab Prezident ! Qanunsuz əməllərə yol verən, nəticədə vəkillik fəaliyyətinə qadağa qoyulan  Sevil Hacıyevanı kimlər müdafiə edir ? 

Ümid edirik ki, məhkəmə orqanlarında baş verən belə qanunsuz hallara son qoyulacaqdır. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib