Dərc edilib: 05-04-2023

https://www.nuh.az/34286-.html

Klinton 29 il sonra etiraf etdi: Təəssüf edirəm ki...

05.04.2023 08:13:56

Dünya

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bildirib ki, 1994-cü ildə Budapeşt Memorandumunu imzalayarkən Ukraynanı nüvə silahından imtina etməyə inandırdığına təəssüflənir.

APA-nın xəbərinə görə, Klinton bunu İrlandiyanın RTE telekanalına müsahibəsində deyib.

“Bu işdə bilavasitə iştirak etmişəm. Onları (Ukrayna) nüvə silahından imtina etməyə razılaşdırdım”, - Klinton iddia edir.

Amerikanın keçmiş prezidenti hesab edir ki, Ukraynanın nüvə silahı olsaydı, Rusiya müharibəyə başlamazdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib