Dərc edilib: 06-04-2023

https://www.nuh.az/34295-.html

Vətəndaşlar Baş Prokurordan KÖMƏK DİLƏYİR

06.04.2023 14:02:21

LIVE

Vətəndaşlar Baş Prokurora müraciət etdi.   

Səmədov Orxan Cahangir oğlu ( Sumqayıt şəhəri MİK-5, ev 138  )  və 

Atakişiyev Sakit  İmamverdi oğlu ( Abşeron rayonu, Xırdalan qəsəbəsi, Tofiq Bayramov küçəsi )

Baş Prokuror Kamran Əliyevə müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:

Cənab Baş Prokuror!

Biz – Orxan Səmədov  və  Sakit  Atakişiyev qızıl-zinət əşyalarının  topdan satışı ilə məşğul olan şəxslərdən həmin qızıl-zinət əşyalarını nisyə və ya nağd yolla  götürərək, üzərinə cüzi qiymət qoyaraq  satışı ilə məşğul olmuşuq.

09 dekabr 2021-ci il tarixdə Babazadə Məleykə Rüstəm qızı ( qeydiyyat  ünvanı Astara şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 305, faktiki yaşadığı ünvan : Abşeron  r-nu, Gənclər Şəhərciyi  Yaşayış Kompleksi, bina 31, mən 20 ), sonra onun vasitəsilə  Muradov Fərid  Əflan oğlu (  Saatlı şəhəri,  Ü. Hacıbəyov küçəsi, ev 12 ünvanda qeydiyyatda, faktiki yaşadığı ünvan:  Abşeron  r-nu, Gənclər Şəhərciyi Yaşayış kompleksi, bina 31, mənzil 27 ) bizimlə tanış olaraq  bizdən   müxtəlif qiymətlərdə qızıl-zinət əşyaları götürərək satmışlar və dəyərini qısa müddətdə ödəmişlər.

Aramızda  olan  razılaşmaya görə, hər dəfə götürülən qızıl-zinət əşyalarının dəyəri 2-3 gün müddətində ödənilməli və biz  pulu mülkiyyətin sahiblərinə ödəməli idik.

Aramızda  olan  bu  alver   10 mart 2022-ci il tarixdə bitmişdir.

Muradov Fərid  Əflan oğlu və  Babazadə Məleykə Rüstəm qızı bizi  aldadaraq   30738 ( otuz   min  yeddi yüz otuz  səkkiz   ) manat dəyərində olan 36  ( otuz altı ) ədəd  qızıl-zinət əşyalarını ələ keçirmiş və  müxtəlif bəhanələr gətirməklə, eyni zamanda bizə  hədə-qorxu gəlməklə  30738  manat pulu və ya həmin dəyərdə  36 ədəd qızıl-zinət əşyasını qaytarmaqdan imtina ediblər.

Biz  Fərid Muradov və Məleykə Babazadə ilə  dəfələrlə danışıqlar aparsaq da, onlar  nə həmin qızıl-zinət əşyalarını, nə də dəyəri olan 30738 manatı qaytarmadılar.

Hətta Fərid Muradov və Məleykə Babazadə bizə  hədə-qorxu gələrək  bildirdi  ki, bir də ödənişi tələb etsəniz özümüzü doğrayıb  sizi  şərləyəcəyik.

Hətta  15 aprel 2022-ci il tarixdə Fərid Muradov öz bədəninə cüzi xəsarət yetirərək xəstəxanaya düşmüş və Abşeron RPİ-nin İstintaq şöbəsinə verdiyi izahatda bildirb ki, ona xəsarət yetirən şəxsi tanımır.

Bütün bu oyunları ona görə edib ki, biz onlardan pulu tələb etməyək.

Bizdə olan məlumata görə, Fəridin öz icazəsi ilə ona cüzi xəsarət yetirın şəxs  əmisi oğlu Kənandır.

Fərid Muradov əvvəllər  2 dəfə Kənanı bizim yanımıza göndərmiş, biz  isə onun vasitəsilə  Fəridə  qızıl-zinət əşyaları göndərmişik.

Bizdə olan məlumata görə, Fərid Muradov və Məleykə Babazadə  bizdən əvvəl də başqa şəxslərə qarşı dələduzluq əməlləri törətmişlər.

Cənab Baş Prokuror !

Bizim Abşeron Rayon Polis İdarəsinə  müraciətimizə cavab olaraq İstintaq Şöbəsinin baş müstəntiqi, mayor   Ayaz Kazımov  cavab verib ki, bu məsələdə cinayət tərkibi yoxdur:

“Səmədov  Orxan Cahangir oğlunun müraciəti əsasında toplanmış material üzrə  cinayət işinin başlanılması rədd edilsin”.

Möhtərəm Kamran Əliyev !

Biz Sizin ədalətinizə, haqqı müdafiə etməyinzə güvənirik.

Sizdən acizanə xahiş edirik ki, bizi bu bəladan qurtarın və Abşeron Rayon Prokurorluğuna  tapşırın  bu iş obyektiv araşdırılsın.

Şəxsiyyətinizə  sonsuz hörmətlə,

Səmədov  Orxan Cahangir oğlu və Atakişiyev Sakit  İmamverdi oğlu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib