Dərc edilib: 08-04-2023

https://www.nuh.az/34304-.html

Atamın həyatda olub-olmadığını da bilmirəm...

08.04.2023 18:50:27

 

"Atamın həyatda olduğunu da bilmirəm, bilsəm axtararam, ona sahib çıxaram. Atam sadəcə tərki-dünya oldu. O, yaxşı insan idi. Mən hamını çoxdan bağışlamışam".
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Düzünə qalsa" verilişində deyib.
 
Şəxsi həyatından danışan müğənni atasından, onu illərdir axtarmasından söz açıb: "Atamı sonuncu dəfə 1991-ci ildə yasda görmüşəm. 1993-cü ildə isə şəhərdə metroda gördüm, amma bildirmədim ona. Onu çox axtardıq. Atam gedər-gəlməz oldu.
Qadın öz doğma qardaşının, atasının kəskin xasiyyətinə dözür. Hətta ərə də gedir. Onunla da qardaşı, atasına görə mübahisə edir. Deyir, mənim atam belə, qardaşım belə. Ərə gələndə bilməlidir ki, onun atası da, qardaşı da elə əridir. Qızlar dayanmadan elə hey, atam, anam, qardaşım deyərsə, əri ilə arasına nifaq toxumu səpilər. Mehriban olmazlar. Beləcə, ailə də dağılır.
İstəmirəm keçmişimdən danışıb, kimlərinsə xətrinə dəyim. Axı mən onları çoxdan bağışlamışam, unutmuşam. Bizim ailəmiz elə demək olar ki, bütövdür. Övladlarım ataları ilə görüşür. Mən sakit həyat tərzi istəyirdim. Musiqi kollecində müəllim işləməyi arzulayırdım. Toylara, şou proqramlara övladlarımı böyütmək üçün getdim”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib