Dərc edilib: 08-04-2023

https://www.nuh.az/34309-.html

Aktrisa övladını da götürüb Bakıya qayıtdı: “Getsəm öləcəm...” (FOTO)

08.04.2023 20:43:15

LIVE

"Bir müddətdir ki, Azərbaycandayam. Zəlzələdən sonra qorxub, qaçıb öz ölkəmə, evimə gəldim. Çox ciddi şəkildəqorxmuşam. Özüm də, övladım da. Nə gecə yata bilirdim, nə də gündüz. Əşyalarımı toplayıb yığmışdım. Deprem çantası da qapının ağzında idi. Bir növ psixoloji sarsıntı keçirdim. Bütün psixologiyam darmadağın oldu. 2 aya özümü toparladım. Xalamgildə bir mərtəbəli bağ evində qalıram. Hündürmərtəbəli binalardan çox qorxuram. Ümid edirəm ki, Azərbaycanda heç vaxt dağıdıcı zəlzələlər olmaz. Mən İstanbulda yaşayırdım, bilirsiniz ki, o vaxt İstanbulda zəlzələ olub. Geoloqlar deyib ki, İstanbulda yenə də zəlzələ olacaq". 

Qaynarinfo xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Cəmilə Tağızadə deyib.
"Hələ ki, Türkiyəyə qayıtmaq fikrim yoxdur. Dəqiq tarix bilməsəm də, bir xeyli qalmağı düşünürəm. Ara sakitləşəndən sonra gedəcəm. Burada işləmək istəyirəm sözün düzü. Televiziya kanallarında iş axtarıram. Prodüsser kimi də işləmək istərdim. Həyat yoldaşım üçün çox darıxıram. Amma çox qorxuram. Elə bilirəm ki, ora gedən kimi zəlzələdə öləcəm. O dərəcədə pisəm. Həyat yoldaşım söz verib ki, gələcək", - deyə sənətçi bildirib.
 
Aktrisa ailəsindən də danışıb.
"Atam xərçəng xəstəliyindən, qardaşım isə qan xəstəliyindən dünyasını dəyişdilər. Hazırda ailədə anamla mənəm. Anama çox bağlıyam. Anam həyatda olmasaydı, bəlkə, mən də olmazdım. Mən də, anam da çox güclüyük. Heç kimə bu acıları arzu etmirəm. Bütün ömrümü anama borcluyam, o məni depressiyadan çıxardı. Onun sayəsində mən hər şeyə nail oldum. Bir sözlə, qazandıqlarımı və həyatımı o qadına borcluyam. Xoşbəxt övlad və qızam ki, məhz onu qızıyam. Allah bütün valideynləri qorusun, həmçinin də mənim anamı", - deyə aktrisa bildirib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib