Dərc edilib: 09-04-2023

https://www.nuh.az/34311-.html

Bu gecə ilk Qədr gecəsidir

09.04.2023 13:42:36

Günün sitatı

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

“Qafqazinfo” xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib