Dərc edilib: 10-04-2023

https://www.nuh.az/34316-.html

İlham Əliyev Qazaxıstana getdi - Fotolar

10.04.2023 12:52:52

Siyasət

Aprelin 10-də Prezident İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. 

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib