Dərc edilib: 11-04-2023

https://www.nuh.az/34322-.html

Cavid Qurbanovu Şahin Bağırov əvəzləyəcək?

11.04.2023 10:35:22

LIVE

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

NUH.az    Qol.az-a istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək.

2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyanın prezidenti seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib