Dərc edilib: 11-04-2023

https://www.nuh.az/34324-.html

Mühafizəçi Xalq artistindən iki-üç dəfə artıq maaş alır

11.04.2023 13:42:29

Dünya

“Bu gün gömrük idarəsində, “SOCAR”da, dəmiryolu, nəqliyyat və digər yerlərdə qapıda oturan və 8-ci sinfi bitirən mühafizəçi Azərbaycanın Xalq artistindən iki-üç dəfə artıq maaş alır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

O, teatrların kommunal ödənişlərdən azad olunmasını və teatr jurnalının təsis edilməsini xahiş edib: “Əvvəlki vaxtlarda Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik. Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib. Buna görə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimliyə təşəkkür edirəm". 

NUH informasiya agentliyi səhifəsindən çap edilib