Dərc edilib: 13-04-2023

https://www.nuh.az/34341-.html

Şərur İsfəndiyara qarşı bir milyonluq dələduzluq...

13.04.2023 18:40:09

LIVE

Tikinti maqnatı, "Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəməsi başlayır.  

Qaynarinfo xəbər verir ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir. 
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 
İsfəndiya Axundov olayın təfərrüatlarını Qaynarinfo-ya açıqlayıb. Məlum olub ki, Rəşad Həsənov "Şərur” MTK-da komendant işləyib. O, təkcə İsfəndiyar Axundova deyil, 20-dən çox adama qarşı dələduzluq əməli törədib. 
"Şərur” MTK-nın adından istifadə edərək 20-dən çox adamı aldadıb. Təkcə mənə qarşı 1 milyon manata yaxın dələduzluq edib”, deyə tikinti maqnatı bildirib. 
İsfəndiyar Axundovun sözlərinə görə, Rəşad Həsənov tanıdığı şəxs olub: "Ailəsini də tanıyırdım. Ona görə işə götürmüşdüm. Amma dələduzluq etdi. Şirkətimizdə komendat işləməklə bərabər, həm də mebel müəssisəsinin rəhbəri idi. Onun ailəsini tanıdığıma görə etibar etmişdim. Amma etibarımdan su-istifadə edərək camaatı aldatdı”.
İsfəndiyar Axundov Rəşad Həsənovun 20-dən çox adama qarşı dələduzluq etdiyini bildirsə də, iş üzrə zərərçəkmiş kimi onun özü və "Şərur” MTK tanınıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib