Dərc edilib: 14-04-2023

https://www.nuh.az/34345-.html

“Göydən daş yağacaq, Alla oxuyacaq...” - Video

14.04.2023 10:36:47

LIVE

Rusiyanın Əməkdar artisti Kristina Orbakayte anası SSRİ Xalq artisti Alla Puqaçovaya mahnı həsr edib. 


“Qafqazinfo” xəbər verir ki, “Alla oxuyacaq” adlı mahnı ifaçının yutub kanalında yerləşdirilib.

Orbakayte mahnıya anasının xarakteri haqda oxumaqla başlayır: “Mənim ürəyim fincan deyil – sən onu sındıra bilməzsən, mən qağayı kimi dalğalar üzərində uçmağı bacarıram...”

O, primadonnanın çətinliklərə sinə gərməsindən bəhs edir: “Göydən daş yağacaq, Alla oxuyacaq. Qanadlar arxadan yanacaq, Alla oxuyacaq...”

Qeyd edək ki, A. Puqaçova həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə İsrailə köçüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib