Dərc edilib: 14-04-2023

https://www.nuh.az/34347-.html

Təzə kənd təsərrüfatı naziri MMC-nin direktoru işləyib

14.04.2023 12:03:16

Maraqlı

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 


Banker.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, buna qədər “PASHA Holding” MMC-nin kənd təsərrüfatı sahəsində fəaliyət göstərən şirkətlərinin rəhbəri vəzifəsində idi.

M.Məmmədov “Agro Food İnvestment” MMC-nin agrar sahədə mühüm layihələrinə rəhbərlik edib. Burada, badam və zeytun bağları salan “Grand Agro” MMC və ölkədə tingçilik sahəsində innovativ layihə “Grand Agro Invitro” MMC kimi layihələri göstərmək olar.

 Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib