Dərc edilib: 14-04-2023

https://www.nuh.az/34348-.html

Əsgərimizi tapan ermənidən təzadlı açıqlama

14.04.2023 13:11:16

Günün sitatı

Zəngəzurun Açanan kəndində saxlanılan və işgəncələrə məruz qalan Azərbaycan əsgərinin 3 kənd sakini tərəfindən tutulduğu bildirilib. 


NUH.az   Globalinfo.az-a istinadən xəbər verir ki, Qor Ohancanyan adlı şəxs əsgəri necə tapmaları və polisə təhvil vermələrindən danışıb.

 

“Dostumla kənddən çıxıb Qafana gedirdik. Yolda onu Azərbaycan hərbi formasında gördük. Yaxınlaşıb suallar verdik və azərbaycanlı olduğunu başa düşdük. Üst-başı çirkli və yaş idi. Sonra digər dostum gəldi, onu tutduq. Hadisə yerinə polislər gəldi”, – o bildirib.

Ohancanyan iddia edib ki, guya azərbaycanlı əsgər tapılanda üzərində güllələr, maskalar, sursat, əlində isə ötən gün öldürülən mühafizəçiyə məxsus telefon olub. (O, üzərində silah-sursat olan əsgəri necə saxlaya bildiklərinə isə heç cür aydınlıq gətirə bilməyib).

Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.

Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb. Bu gün tapılan əsgərə ağır işgəncələr verilib.

Baş Prokurorluq Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başladıldığını bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib