Dərc edilib: 14-04-2023

https://www.nuh.az/34353-.html

Fərman Ceyranlı azadlığa buraxıldı

14.04.2023 22:19:16

LIVE

Fərman Ceyranlı azadlığa buraxıldı

Gürcüstanda həbsdə olan "Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Fərman Ceyranlı bu gün həbsdən azad edilib.
 
Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib